Vaşinqton “Boeing 777”nin vurulmasında Putini ittiham etdi

"Rusiya prezidenti Vladimir Putin Malayziya Hava Yollarına məxsus "Boeing 777" təyyarəsinin yerə düşərək insan faciəsinə səbəb olmasında günahkardır".

AzNews.az-ın məlumatına görə, bunu "Ağ ev"in rəsmi nümayəndəsi Coşua Ernest deyib.

O bildirib ki, ABŞ "Malaysia Airlines"ə məxsus təyyarənin yerdən atılan raketlə vurulduğuna əmindir: "Təyyarə rusiyameyilli separatçıların nəzarətində olan rayondan hava hücumundan müdafiə sistemi ilə vurulub. Həmin ərazidə Ukraynaya məxsus hava hücumundan müdafiə sistemi işlək vəziyyətdə olmayıb. Çünki bu ərazilər hökumət qüvvələrinin əlində deyil. Bu da bizim Putinin günahkar olmasına dair qənatə gəlməyimizə əsas verir.

Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus "Boeing 777" təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayəti ərazisində yerə düşüb. Dünyanın bir çox dövlətlərinin başçıları, Ukrayna və ABŞ prezidentləri də təyyarənin Donetsk səmasında – rusiyameyilli separatçıların nəzarətində olan bölgədən atılan raketlə vurulduğunu bildirilər.
Hadisə nəticəsində 298 nəfər həlak olub.

AzNews.az