Ağaxan Salmanlı Dərbənd teatrına dəvət edildi

Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı Dərbənd Azərbaycan Dövlət Dram Teatrından dəvət alıb.

Aktyor AzNews.az-a açıqlmasında deyib ki, dəvət edilməsində məqsəd Dərbənd Azərbaycan Dövlət Dram Teatrında bir əsərə quruluş verməkdir.

Bundan başqa deyib ki, Vilyam Şeksrpin yubileyi ilə bağlı hazırlıqlara da başlanılıb: "Bununla əlaqədar Şeksrpin"III Riçard" tamaşasının səhnələşdirilməsinə hazırlaşırıq. Həmin tamaşada mənə də rol verilib. Hazırda gərgin məşqlər gedir. Tamaşa ilin sonuna qədər Gənc Tamaşaçılar Teatrında təqdim olunmalıdır".

Bahar Rüstəmli
AzNews.az