- Köhnə - Cəmiyyət
- 27 İyul 2014 12:56
- 3 013
Cəbhədə atəşkəs rejimi 80 dəfə pozuldu
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 80 dəfə pozulub. Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam, Tərtər, Füzuli, Xocavənd, Tovuz və Qazax rayonları istiqamətində atəşkəsi pozaraq mövqelərimizi atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az