Sabah hava yağmursuz olacaq

Ramazan bayramının ilk günündə Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperaturun gecə 20-25° isti, gündüz 27-32° olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.
Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

AzNews.az