Rusiya qırıcı təyyarəsi qəzaya uğradı

Rusiya Hərbi hava qüvvələrinə məxsus Miq-29 qırıcısı təlim uçuşu zamanı Həştərxan yaxınlığında qəzaya uğrayıb.


Axar.az xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Viktor Bondarev təyyarənin pilotunun həlak olduğunu deyib.

Genernalın sözlərinə görə, qırıcı təyyarə planlı təlim uçuşu həyata keçirirmiş.

Rusiya Müdafiə Nazirliyinin mətbuat mərkəzindən bildirilib ki, Miq-29-un pilotuna katapult icazəsi verilsə də, o bundan istifadə etməyib və təyyarəni xilas etməyə çalışıb.

AzNews.az