- Köhnə - Cəmiyyət
- 27 İyul 2014 16:37
- 5 933
Fitrə zəkatının miqdarı nə qədərdir?
Yalnız hənəfi məzhəbində fitrə zəkatının miqdarı buğda üçün adambaşına təqribən 1,5 kq. müəyyən edilib; qalan ərzaq növləri üçün ölçü 3 kq.-dır.
AzNews.az-ın islam.az-a istinadən verdiyi məlumata görə, göstərilən miqdar minimal həddir. İnsan öz maddi imkanından asılı olaraq, ya bu ərzaq növləri arasında daha bahalı olanını seçə bilər, ya da fitrə zəkatının miqdarını 3 kq.-dan çox götürə bilər.
Bazarda yeməli buğdanın 1 kq-nın qiymətinin təqribən 1 manat olduğunu nəzərə alsaq, o zaman Azərbaycanda fitrə zəkatının adam başına minimum 3 manat təşkil etdiyini demək olar. Imkanı olanlar göstərilən məbləğdən daha artığını da ödəyə bilərlər.
AzNews.az