Azərbaycanlı biznesmen Rusiyada öldü

Şərifov Rəhman Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub


Ötən gün Həştərxanda azərbaycanlı iş adamı Şərifov Rəhman çayda boğularaq ölüb.

AzNews.az xəbər verir ki, mərhumun yaxını Samir Əlizadənin anspress-ə verdiyi məlumata görə, mərhum Qalaktika Gəmiqayırma zavodunun rəhbəri olub.

Ş.Rəhman 20 ildən artıqdır ki, Azərbaycan, Qazaxıstan və Rusiyada gəmiqayırma zavodlarında mühəndis vəzifəsində çalışıb.

1994-cü ildən etibarən isə bir neçə şəxsi biznesini qurub.

Qeyd edək ki, Şərifov Rəhman 1960-cı il mart ayının 8-i Yevlaxda anadan olub. 1982-ci ildə Odessada Gəmiçilik universitetini bitirib. Ailəli olub və üç oğlu var.