İsrail ordusu daha bir xəstəxananı bombaladı

İsrail ordusu Qəzzada yerləşən daha bir xəstəxananı bombalayıb.

ANS PRESS-in məlumatına görə, İsrail ordusunun 22 gün ərzində havadan və qurudan təşkil etdiyi hücumlar nəticəsində yaralanan fələstinlilərin müalicə aldığı "Şəfa" xəstəxanası hücuma məruz qalıb.

Xəstəxananın bombalanması nəticəsində xeyli sayda yaralının öldüyü bildirilsədə, Fələstin Səhiyyə Nazirliyi dəqiq rəqəm açıqlamayıb.

Bu arada İsrail ordusunun Qəzzanın qərbində yerləşən mühacir düşərgəsinə təşkil etdiyi hücumda ən azı 10 uşağın həlak olduğu bildirilir.

AzNews.az