İsrail mülki şəxslərin sığındığı orta məktəbi bombaladı VİDEO (YENİLƏNİB)

Videonu BURADAN izləyin

AzNews.az-ın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, İsrail Ordusunun Qəzzaya hücumu zamanı iyulun 7-dən bu günədək 1258 fələstinli öldürülüb, yaralıların sayı isə 7170-ə çatıb.

***
12:19

İsrail Ordusu Qəzzada BMT-yə məxsus daha bir orta məktəbi bombalayıb.

AzNews.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Fələstin Hökumətinin Səhiyyə Nazirliyinin sözcüsü Əşrəf əl-Kudra açıqlamasında deyib ki, BMT-nin Yardım Fondunun tədris müəssisəsinin bombardımanı zamanı 20 nəfər həlak olub, onlarla şəxs yaralanıb.
O bildirib ki, bu məktəbdə İsrailin bombardımanı zamanı evləri dağılan fələstinlilər sığınmışdılar.

Məhəmməd
AzNews.az