Obama Ukraynadan danışdı: “Putin günahkardır”

"Rusiyaya qarşı hazırkı sanksiyaların tətbiq olunmasında birbaşa mövcud hakimiyyət, əsasən də prezident Vladimir Putin günahkardır".

AzNews.az-ın məlumatına görə, bu açıqlamanı ABŞ prezidenti Barak Obama keçirdiyi brifinqdə söyləyib.

Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyaların tətbiq olunduğunu deyən B. Obama bildirib ki, bu gün Rusiya özünü beynəlxalq ictimaiyyətdən təcrid etməklə, on illərlə qazandığı uğurları məhvə sürükləyir: "Bu sanksiyalar iqtisadiyyatı zəif olan Rusiyanın imkanlarını daha da zəiflədəcək. Rusiya iqtisadiyyatı əvvəlki qadağalardan 100 milyard dollar itirəcək. İqtisadiyyatın inkişafı isə sıfıra düşəcək. Belə olmamalıydı".

Obama hesab edib ki, problemin həlli yolları hələ qalıb və Rusiya bunu nəzərə alıb, Ukraynadakı separatçılara öz dəstəyini dayandırmalıdır: "Buna baxmayaraq, Rusiya Ukraynadakı separatçılara dəstəyini verməyə davam edir, onları silahlandırır. Həmçinin, Ukrayna ilə sərhəddə hərbi birləşmələrinin sayını artırır".

B. Obama əlavə edib ki, hazırkı vəziyyətin Rusiya ilə soyuq müharibənin başlanbması kimi dəyərləndirmək düzgün deyil.



Məhəmməd
AzNews.az