Ukrayna “KQB”sindən sosial şəbəkə qadağası

Ukrayna Təhülkəsizlik Xidməti (UTX) ölkə vətəndaşlarını sosial şəbəkələrdən az istifadə etməyə, cari işlərini daha çox mobil telefonlarla həyata keçirməyə çağırıb.

AzNews.az-ın məlumatına görə, Ukrayna mediası yazır ki, bunu UTX rəhbəri Valentin Nalivayçenko keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ukrayna əleyhinə təbliğatı sosial şəbəkələr vasitəsilə də həyata keçirir: "Yaxşı olar ki, ukraynalılar sosial şəbəkələrə həm özləri, həm də regionda baş verənlərlə bağlı informasiyaları az yerləşdirsinlər".

V. Nalivayçenkonun sözlərinə görə, bu da Rusiyanın işğalına qarşı mübarizə vasitələrindən biridir: "UTX mobil telefonların şəxsi məlumat bazasından oğurluğun qarşısının alınması üçün zəruri addımlarını da davam etdirir".

Məhəmməd
AzNews.az