Fəhmin Hacıyevdən “surətçilər”ə, “sadvalçılar”a ismarış

"Leyla Yunusun həbsini pisləyirəm. Onu müdafiə etmək lazımdır".

Bu sözləri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsinə münasibət bildirən Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev Facebook səhifəsində yazıb.

Fəhmin Hacıyev bu məsələdə təşəbbüsü Rusiya təəssübkeşlərinin üzərinə götürməli olduğu düşüncəsindədir: "Xüsusən surətçilər, sadvalçılar və 5-ci kolonun bütün nümayəndələri Leyla xanımı müdafiə etməyə borcludurlar. Çünki Leyla xanım bu insanların ən yaxşı müdafiəçisidir!"

AzNews.az