Torpaq sürüşməsi: 150 itkin - FOTO

Hindistanda güclü yağışlar torpaq sürüüşməsinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, Hindistanın cənubunda Maharaşta əyalətində torpaq sürüşməsi nəticəsində 40-dan çox ev torpaq altında qalıb.

150-dən çox adamın itkin düşdüyü bildirilir. Hadisə yerinə xilasedicilər göndərilsə də onlar sürüşmə baş verən kəndə gedə bilmirlər.

Güclü yağışlar davam edir və yollar tamamilə bağlanıb. Kənd sakinlərinin apardığı axtarışlar isə heç bir nəticə verməyib.

150-dən çox adamın torpaq altında qaldığı bildirilir.



AzNews.az