Kənan M.M: “Arxamda duran dostlarıma təşəkkür edirəm”

"Yeni ulduz" müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun şikayəti əsasında saxlanılan rejissor Kənan M.M (Mahmudov) həbs olunmağı barədə fikirlərini bölüşüb. AzNews.az xəbər verir ki, rejissor bu barədə Facebook-dakı profilində yazıb:
"Heç kim sabahından cavabdeh deyil. Ən böyük nemət azadlıqdır. Arxamda duran bütün dostlarıma və məni sevənlərə təşəkkür edirəm. Özümü böyük bir ailənin üzvü hiss elədim. Yaxşı ki varsınız. Bəzi şeyləri dualarınıza borcluyam. Halal edin".

Qeyd edək ki, rejissor tərəfindən döyüldüyü bildirilən müğənni Binəqədi Rayon Polis İdarəsinə gedərək şikayət ərizəsini geri götürüb.

İntiqam Valehoğlu
AzNews.az