Avstraliyada matəm elan edildi

Avstraliya hökuməti avqustun 7-ni matəm günü elan edib.
AzNews.az-ın məlumatına görə, Avstraliyanın baş naziri Toni Abbort deyib ki, hökumətin qərarına əsasən, avqustun 7-də Ukraynanın şərqində - Donetsk vilayətinin səmasında Malayziya Hava Yollarına məxsus "Boeing-777" sərnişin təyyarəsinin vurulması zamanı həlak olanlar yad ediləcək.

Xatırladaq ki, iyulun 17-də "Boeing-777" sərnişin təyyarəsi Donetsk səmasında vurulub. Hadisə zamanı Amsterdam-Kuala-Lumpur reysi ilə hərəkət edən təyyarədə olan 298 nəfərin hamısı ölüb. Həlak olanlardan 27 nəfəri avstraliyalı olub.
Hadisənin törədilməsində Donetskdə nəzarəti ələ keçirən rusiyameyilli separatçılar günahlandırılır.

Aydan
AzNews.az