Saakaşvili ona yönələn ittihamları cavablandırdı

"Siyasi sığınacaq nəyimə lazımdır? Axı görürsünüz ki, bütün ölkələrdə məni necə qarşılayırlar".

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Macarıstanda "Rustavi-2" telekanalının müxbirinin sualını cavablandırarkən deyib.

Dünyanın əksər ölkələrində yaxşı qarşılandığını deyən M.Saakaşvili jurnalistə ABŞ-da necə qarşılandığına diqqət yetirməyi məsləhət görüb. "Baxın Birləşmiş Ştatlarda məni necə qarşılayırlar, onların reaksiyalarına fikir verin", - deyə o vurğulayıb.

Qeyd edək ki, Macarıstan hökuməti artıq Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişviliyə siyasi sığınacaq verib.

AzNews.az