Kənan M.M AzNews.az-a danışdı:

"Yeni ulduz" mahnı müsabiqəsinin qalibi, müğənni Vüqar Muradovun şikayəti əsasında polis tərəfindən saxlanılan, ötən gün isə sərbəst buraxılan rejissor Kənan M.M (Mahmudov) AzNews.az-a açıqlama verib.

K. Mahmudov bu günlərdə ona dəstək olan dostlarına, jurnalistlərə, sənət yoldaşlarına təşəkkürünü bildirib.

Rejissor baş verənlər haqda isə geniş danışmaq istəmədiyini də söyləyib: "Mənə bu müddətdə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. İstəmirəm hansısa jurnalist məndən incisin. Çünki xətirlərini çox istəyirəm. Amma bu hadisədən danışmaq fikrim yoxdur. İnanın ki, bezmişəm".

Qeyd edək ki, V. Muradov şikayət ərizəsində K. Mahmudovun dostları ilə birgə onu və qardaşını döydüyünü iddia edib.

İntiqam Valehoğlu
AzNews.az