Avtomobillərin müayinəsində tıxac - Fotolar

Xəbər verdiyimiz kimi, avtomobillərin texniki baxışı üçün nəzərdə tutulan müddət bu gün başa çatır.

"Qafqazinfo"nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda Zabrat-Maştağa yolunda dəhşətli tıxac yaranıb. Buna səbəb əksər insanların texniki baxışı sonuncu günə saxlaması və nəticədə minlərlə avtomobilin növbəyə dayanması olub. Əməkdaşımızın hadisə yerindən çəkdiyi fotoları təqdim edirik.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar.

AzNews.az
image description image description image description image description image description image description image description