İcra başçısının milyonluq villaları və yeni hoteli- FOTOLAR

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun Novxanıdakı villaları və yeni tikdirdiyi hotellə bağlı məlumat vermişdik.

MİA-nın əldə etdiyi məlumata görə, Razim Məmmədov hazırda Novxanıda hotelin tikinti işlərinə başlayıb. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, icra başçısı Novxanıdakı villalarından birinin yerində hotel tikdirir: "Razim Məmmədov villalarından birinə əlavə beton konstruksiyalar quraşdıraraq 5-6 mərtəbəli hotel tikdirir. Ərazinin genişləndirilməsi də lazım olduğunda icra başçısı yan-yörədəki bəzi evləri də alıb. Etiraz edənlərə isə təzyiq edərək istəyinə nail olub".

Maraqlı məqamlardan biri də odur ki, R.Məmmədov sözügedən hotelin tikintisi ilə bağlı yuxarı dairələrdə narazılıq yaradıb. Ancaq icra başşısı "Necə olur ki, Novxanıda bir tərəfdə Zakir Fərəcov "Kalyon" , o biri tərəfdə Bəylər Əyyubovun qardaşı Rafiq Əyyubov "Amore" kimi nəhəng obyekt tikdirə bilir, mən yox"- deyib.

AzNews.az
image description image description image description image description image description image description image description image description image description