Bakıda 62 yaşlı kişinin intihar cəhdi - VİDEO + FOTO (Yenilənib)

Bakıda özünü körpüdən atmaq istəyən şəxs fikrindən daşındırılıb.

Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunan xilasedicilərinin intihar məqsədi ilə körpüyə qalxan Yusif Əmirovla apardıqları danışıqlar nəticə verib.

Y. Əmirov intihardan etmək fikrindən daşınıb və xilasedicilər tərəfindən körpüdən endirilib.

Faktla bağlı araşdırma aparılır.


***
15:42

Bakıda intihar məqsədi ilə körpüyə çıxan 62 yaşlı Yusif Abbasov indi də özünü yandıracağını bildirib. Yusif Abbasov özünü yandırmaq üçün əlində benzin dolu qab götürüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasedicilər, təcili tibbi yardım həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onu fikrindən daşındırmaq danışıqlar gedir.


***
15:34

Bakının Sabunçu rayonu ərasizində bir nəfər güc strukturlarını ayağa qaldırıb. ANS PRESS-in məlumatına görə, 62 yaşlı kişi "Koroğlu" metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxaraq intihar etmək istəyir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xialsediciləri cəlb olunub. Həmin şəxsin fikrindən daşındırmaq üçün işlər gedir.

Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Bu Yusif Abbasovdur.

Yusif Abbasov özünü maddi durumunun çox aşağı olması və baxımsız qalması səbəbindən öldürmək istədiyini bildirib. Eyni zamanda onun bəzi güc strukturlarında şikayəti var.



AzNews.az