Qobustanda ağır qəza görədən sürücü öldü

Qobustan rayonunda "Shacman" markalı yük avtomobili ilə toqquşan "Honda" markalı minik avtomobilinin sürücüsü ölüb.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 105-ci kilometrliyində (rayon mərkəzindən 16 km aralı) "Shacman" markalı yük avtomobili ilə "Honda" markalı minik avtomobili toqquşub.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsünün cəsədi sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər müxtəlif alət və avadanlıqlardan istifadə etməklə cəsədi avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az