İcra başçısı biabırçılıq etdi – FOTOFAKT

Füzuli İcra Hakimiyyəti işğal tarixini unudub?

Füzuli rayon İcra Hakimiyyətinin rəsmi saytında inanılmaz səhvə yol verilib. AzNews.az Azxəbər.com-a istinadən xəbər verir ki, rayonun rəsmi saytı olan www.fuzuli-ih.gov.az-da işğal tarixi kimi 23 oktyabr 1993-cü il göstərilib. Saytda yol verilən digər səhv isə rayonun bütünlüklə işğal olunmasının yazılmasıdır.

Qeyd edək ki, Füzuli rayonu 23 avqust 1993-cü ildə işğal olunub. Həmin gün rayonun mərkəzi, 23 oktyabrda isə Horadiz işğal olunub və 1994-cü il yanvar ayının 8-də Horadiz işğaldan azad edilib.



İntiqam Valehoğlu
AzNews.az