“Azadlıq” qəzeti çapını dayandırdı - Açıqlama

"Azadlıq" qəzeti çapını dayandırdığını elan edib.

"Azadlıq"dan AzNews.az-a verilən məlumata görə, çapın dayanmasına səbəb qəzetin "Azərbaycan" nəşriyyatına 20 min manata yaxın borcunun olmasıdır.

Nəşriyyat isə borcun bir qismi ödənilməyənə qədər qəzetin çapına icazə verməyəcəyini bildirib.

Qəzetin baş redaktorunun müavini Rahim Hacıyev isə AzNews.az deyib ki, qəzetin çapı üçün zəruri addımlar atılır. Lakin bu cəhdlərin hansı nəticə verəcəyi haqda indidən bir şey demək çətindir: "Mətbuatyayım şirkətlərinin qəzetə olan borcu 70 min manat civarındadır. Biz isə bu pulu ala bilmirik. KİV Fondu da bizimlə əməkdaşlığı dayandırıb. Bir sözlə maliyyə ilə bağlı ciddi problemimiz var".

Redaktor qəzetin çapının bərpa olunacağına ümid etdiyini də qeyd edib.


Əhməd
AzNews.az