İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterə təbrik məktubu yazıb.

Təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Konfederasiyanın yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-İsveçrə münasibətləri dinamik şəkildə inkişaf edərək yeni məzmun kəsb edib. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveçrə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzNews.az