Leyla Yunus agent çıxdı - VİDEO

Ötən gün saxlanılan Milli Demokratiya İnstitunun direktoru Leyla Yunus və onun əri Arif Yunusa qarşı irəli sürülən ittihamlar rəsmən açıqlanıb.

ANS TV-nin məlumatına görə, Baş prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin birgə məlumatına görə, Leyla Yunus və həyat yoldaşı Arif Yunus "Ayna" – "Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirovla birlikdə Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Ermənistana səfərlər təşkil etməkdə, qrantlar alaraq müxtəlif birgə layihələr keçirməkdə təqsirli bilinir.

"Sülh və Demokratiya İnstitutu"nun təsisçisi Leyla Yunus 3 ay müddətində Bakı İstintaq Təcridxanasında saxlanılacaq. Ötən gün Nəsimi rayon Məhkəməsində Leyla Yunus barəsində həbs-qəti imkan tədbiri cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təyin edilib.

Leyla Yunusun vəkili Cavad Cavadovun sözlərinə görə, Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) ,192-ci (qanunsuz sahibkarlıq) , 320.1-ci və 320.2-ci, maddələri üzrə təqsirləndirilib. Təbii ki, o, bu ittihamların heç birinin qəbul etmir. Həbsini də fəaliyyətilə bağlı olduğunu izah edir.

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin hüququ müdafiəçisinin həbsilə bağlı yaydığı məlumatda deyilir ki, Yunusova Leyla Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu "Sülh və Demokratiya İnstitutu" adlı qurum vasitəsi və bir neçə erməni ilə birlikdə Ermənistanın bir sıra qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" adlı birgə layihələr həyata keçirib. Və bu layihələr adı altında Leyla Yunus beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarına köçürüb. Bu pulları isə xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün istifadə edib.

Hətta, Arif Yunusla birgə Rauf Mirqədirovun dəfələrlə Gürcüstandan Ermənistana səfərlərini də təşkil edib. Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb etməkdən ötrü Ermənistan xüsusi xidmət orqanları ilə onlar arasında vasitəçilik edib. Azərbaycanın əleyhinə olan məlumatların toplanılması, Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının təbliğ edilməsi barədə onlara verilən konkret tapşırıqları yerinə yetiriblər. Hətta, Rauf Mirqədirov tərəfindən bir sıra strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərini Ermənistanın kəşfiyyat orqanlarının nümayəndələrinə ötürüblər

Leyla Yunus haqqında 3 ay həbs-qəti imkan, Arif Yunusov barəsində isə səhhətilə əlaqədar polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib və ölkəni tərk etməmsinə dair qərar verilib.


AzNews.az