Rus əsgəri Ukrayna hərbçilərinin meyitləri ilə məzələndi - FOTO

Rusiya Federasiyasının əsgəri öldürülmüş ukraynalıların cəsədlərinin yanında gəzişməsinin videoyazısını yayıb.

Sankt-Peterburqdan olan rusiyalı Dmitri Qrisük öldürülən Ukrayna hərbçiləri ilə fotonu və videonu "Vkontakte" sosial şəbəkəsində yayımlayıb.

ANS PRESS-in məlumatına görə, videoyazıda o, öldürülmüş ukraynalıların parçalanmış cəsədlərinin yanında gəzişir və nə gördüyünü şərh edir.

Danışığında o, iddia edir ki, həlak olan əsgərlər ya desantçılar, ya da Dnepr batalyonundan olanlardır.

Rusiyalı tərəfindən çəkilmiş kadrların konkret harada baş verdiyi məlum deyil.

Fonda eşidilir ki, kimsə onun cəsədlərinin yanında şəklini çəkməyi xahiş edir.

Qeyd edək ki, videoda dəhşətli səhnə olduğundan onu yayımlaya bilmədik.



AzNews.az