Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb. Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xurmanın içindən heroin çıxdı

Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsi cəhdinin qarşısı alınıb.



Ədliyyə Nazirliyinin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxs Teymur Ağaverdi oğlu Dadaşova qohumu vətəndaş Yaşar Zahid oğlu Hüseynovun gətirdiyi sovqata baxış keçirilən zaman, xurmanın içərisində sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 1.523 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzNews.az