Beybala Mirzeyev Beybala Mirzeyev

Qəribə müsəlman ...

Beybala Mirzeyev




O da bizdəndir...
Türkdür.
Müsəlmandır...
Bu ölkənin çörəyini yeyib.
Havasını udub, suyunu içib və s.
Amma o, bizim kimi deyil.
O, nə biz Azərbaycan türklərinə, nədəki İranın, Türkiyənin, Səudiyyə Ərəbistanının müsəlmanlarına bənzəyir.
Qəti bənzəmir !
Təsbeh çevirmir.
Eybəcər vəhhabi saqqalı saxlamır.
İŞİD-çilər kimi əlində silah "Allah, Allah" deyib bağırmır...
Namaz qılırmı?
Bilmirəm.
Oruc tuturmu?
Bunu da bilmirəm.
Mənimçün önəmli olan onun namaz qılması, oruc tutması deyil. Bu işlərdə zor olmaz ! Çünki bu işlər Allahla bəndə arasında olan işlərdir.
Biz kimsənin başına İŞİD-çilər kimi avtomatı dirəyib "namaz qıl !" deyə əmr edə bilmərik.
Nə isə...
Qayıdaq mətləbə.
Mən Niyazi Mehdi haqqında danışmaq istəyirdim. Mənim üçün önəmli olan onun düşüncələridir. Niyazı bəy İslam və müsəlmanlar haqda çox qiymətli araşdırmalar aparmaqdadır. Və həmin araşdırmalar nəticəsində gəldiyi qənaətləri də yeri gəldikcə mətbuatda və Feysbukda paylaşır.
Görəsən, bundan sonra ikinci bir Niyazi Mehdi tapılacaqmı ki, İslamın total şəkildə gözdən salınmağa və biz müsəlmanların da vəhşi, cahil kimi tanıdılmağa çalışıldığı hazırki dünyada meydana çıxa və İslamın mütərəqqiliyini, müsəlmanların da normal insanlar olduğunu sübut eləyə bilə?
Açığı, bu suala cavab verməyə çətinlik çəkirəm.Amma müstəqil olduğmuz son 23 il ərzində Niyazi Mehdidən öncə kimsə dinimiz və dindarlarımız haqqında bu cür mükəmməl yazılar yaza bilməyib, bu cür dərin fikirlər səsləndirə bilməyib və bu cür düşündürə bilməyib.
Mən bu hörmətli professorumuzu yalnız və yalnız 120-130 il bundan öncə yaşamış böyük Türk-İslam mütəfəkkiri Seyyid Cəmaləddin əl-Əfqani ilə müqayisə edərdim.

Mən fəxr edirəm ki, bu ölkədə Niyazi Mehdi kimi çağdaş düşüncə sahibləri var.
Və çox istərdim ki, həm bəzi savadsız dindarlar, həm də dinimizin üzərinə köpək sürüsü kimi hücum çəkən bəzi modernist yazarlar hörmətli Niyazi bəyin yazılarını təkrar-təkrar oxusunlar.
Oxusunlar və utansınlar...

Qələminizə qüvvət, Niyazi bəy !