Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən iki qardaş tutulub. Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən iki qardaş tutulub.

Bakıda iki qardaş tutuldu

Bakının Sabunçu rayonunda oğurluqda şübhəli bilinən iki qardaş tutulub.


Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, əməliyyat Sabunçu rayon Polis İdarəsi 12-ci polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilib.

Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Elnur Yaqubov və qardaşı Elmir Yaqubov tutulub.

Araşdırmalar zamanı məlum olub ki, onlar aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zınət əşyaları oğurlayıblar. Bundan başqa, qardaşlar mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurlayıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az