Bir müddət əvvəl afroamerikalının öldürülməsi ilə əlaqədar ABŞ-ın Missuri ştatının Ferquson şəhərində başlanan iğtişaşlarda polis daha bir qaradərili amerikalını güllələyib. Bir müddət əvvəl afroamerikalının öldürülməsi ilə əlaqədar ABŞ-ın Missuri ştatının Ferquson şəhərində başlanan iğtişaşlarda polis daha bir qaradərili amerikalını güllələyib.

Ferqusonda polis daha bir qaradərilini güllələdi - İğtişaşlar artır

Bir müddət əvvəl afroamerikalının öldürülməsi ilə əlaqədar ABŞ-ın Missuri ştatının Ferquson şəhərində başlanan iğtişaşlarda polis daha bir qaradərili amerikalını güllələyib.


AzNews.az-ın yerli mediaya istinadən verdiyi məlumata görə, polis onlar üzərinə bıçaqla hücum edən vətəndaşa güllə açmaq məcburiyyətində olduğunu bildiriblər.

Polisdən bildirilib ki, ötən gecə ərzində iğtişaş törətməkdə ittiham olunan 60 nəfər qaradərili həbs edilib.

Xatırladaq ki, avqustun 10-da Ferqyuson şəhərində 18 yaşlı qaradərili Maykl Braun polis tərəfindən güllələnərək, öldürülüb. Bu hadisədən sonra şəhərin qaradərili əhalisi polisin əməlinə etiraz etməyə başlayıb və nəticədə kütləvi iğtişaşlar yaranıb.

16 avqust fövqəladə hal elan olunaraq komendant saatı tətbiq edilib. 18 avqustda artıq şəhərə Milli Qvardiya dəstələri yeridilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü bombalarından istifadə edir.

Gəncin öldürülməsinə etiraz aksiyaları ABŞ-ın 90 şəhərində də keçirilib.

Məhəmməd
AzNews.az