“Qarabağ“ oynayır, möhtəkirlər qazanır

Avropa liqasının pley-off oyunu çərçivəsində keçiriləcək "Qarabağ"-"Tvente" oyununda bilet satışı məsələsində rüsvayçı vəziyyət yaranıb. Belə ki, əvvəlcədən çoxlu sayda biletlər xüsusi adamlara satılıb. Yaxud adamlar özləri möhtəkirlik məqsədilə çoxlu bilet alıblar. Onlar hazırda oyuna gələn tamaşaçılara həmin biletləri 2-3-4 qat dəyərinə satırlar. 1 manatlıq bilet-3-5, 2 manatlıq biletləri 7-10, 3 manatlıqları 10-12, 10 manatlıq biletləri isə 15-20-25 manata satırlar.

"VİP" yerlər 20-30 manata təklif olunur. Şəklini çəkdiyimiz biletsatan üzərimizə hücum edərək, çörəyinə bais olduğumuzu bildirdi. Danışıq əsnasında hər bileti kassasan yerinə uyğun olaraq, 1-2 qat artığına aldığını söylədi. Çəkiliş apardığımızı görən satıcılar biletləri gizlədərək ərazidən uzaqlaşdılar. Polislər bu qanunsuzluqlara nə üçün göz yumduqlarını soruşduğumuz zaman onların səlahiyyətində olmayan məsələ olduğunu bildirdilər. Hətta bizə reportajı verməmək üçün bizə ən yaxşı yerdə pulsuz yer təklif etdilər.


StadionUN önündə "bilet bazarı" oyunun başlanmasına yarım saat qaldığı vaxtda da davam edirdi. Zaman keçdikcə biletlərin qiymətində kəskin düşmə müşahidə olunsa da, "Qarabağ"ın oyunlarına marağın güclü olması möhtəkirlərin pul qazanmaq arzusunu şiddətləndirir.

Müsavat
image description image description image description image description image description image description image description image description image description image description image description