Ağakişi Kazımov: “Horadizdə teatr bayramı keçirmək heç kimə lazım deyil”

"Mən Azərbaycan Teatrının yeni mövsüm açılışını Bakıda, Azərbaycan teatrlarının birinin qarşısında görmək istəyirəm. Özü də bu bayram çox təntənəli şəkildə təşkil olunmalıdır. Həmin günü küçədən keçən adi bir vətəndaş da bu bayrama qatılmalıdır. Horadizdə teatr bayramı kimin nəyinə lazımdır?" Bunu AzNews.az-a rejissor, Xalq artisti, professor Ağakişi Kazımov dedi.

Onun fikrincə, bölgələrdə fəaliyyət göstərən teatr ocaqları daima Bakının diqqət mərkəzində olmalıdır: "Əlbəttə ki, bölgə teatrlarını və orada yaşayan tamaşaçılarımızı diqqətdə saxlamalıyıq. Amma belə bir günü bölgədə keçirməli deyilik. Harada görsənib ki, teatr mövsümünü hansısa bir bölgə teatrının binasının qarşısında açsın? Mən teatr rəhbəri olsaydım, buna heç bir vaxt razılıq verməzdim".
Xatırladaq ki, Azərbaycan teatrının 140-cı teatr mövsümünün açılışı Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrının qarşısında baş tutacaq.

Bahar
AzNews.az