İlham Əliyev Moldova Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti Nikolaye Timoftiyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Moldova Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli və dinamik inkişafı, əlaqələrimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

AzNews.az