Mehriban Əliyevanın kitabın təqdimatı oldu

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən "Mərhəmətdən yanan çıraq" kitabının təqdimatı olub.


AzNews.az AzərTAc-a iatinadən xəbər verir ki, mərasimdə səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib.

Digər çıxış edənlər Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xəstə və əlil uşaqların sosial-psixoloji reabilitasiyası, irsi qan xəstəlikləri və şəkərli diabetdən əziyyət çəkənlərin müalicəsi, eləcə də təbabət sahəsində milli mədəni irsimizin qorunması, xaricdə humanitar aksiyalar vasitəsilə Azərbaycanın təbliği kimi böyük əhəmiyyət daşıyan fəaliyyətindən konkret faktlarla söz açıblar.

AzNews.az