Deputatın müraciəti müsbət cavablandırıldı- Azərsu

Millət vəkili Qənirə Paşayevanın Tovuzun Düz Cırdaxan kəndinin içməli su probleminin həlli ilə bağlı müraciətinə "Azərsu" ASC rəhbərliyi müsbət cavab verib. Modern.az xəbər verir ki, bunu millət vəkili öz "facebook" səhifəsində paylaşıb: "Əziz Düz Cırdaxan sakinləri! Sizə sevindirici xəbərim var və bilirəm ki, bu sizin üçün ən önəmli məsələdir. Sizin çox ağır içməli su probleminizin həlli ilə bağlı "Azərsu" rəhbərliyinə sizin adınızdan olan xahişimə müsbət cavab verildi və sabahdan kəndin ağır içməli su probleminin həlli ilə bağlı işlər başlayacaq".

Qeyd edək ki, həmin kənd ciddi su problemi yaşayırdı. Bir çox hallarda içməli suyu pulla xüsusu maşınlarla gətirərək istifadə edirdilər.

AzNews.az