İŞİD öz komandirini edam etdi

İŞİD terror təşkilatının yüksək vəzifəli komandirlərindən biri olan Fas əsilli Hollandiya vətəndaşı Abu Ubaida Almaghribini İngilis kəşfiyyatı "Mİ6"ya işlədiyi üçün edam etdiyi iddia edilib.

Axar.az xəbər verir ki, Fas xəbər agentliyi "Alyoum24" mövzu ilə əlaqədar bu sözləri deyib: "Keçmişdə Suriyanın Hələb şəhərində İŞİD-in Kəşfiyyat şefi olaraq işləyən Fas əsilli Abu Ubaida Almaghribi İŞİD-in planları, fəaliyyətləri və hərəkətləri barədə İngiltərəyə məlumat sızdırdığı üçün başı kəsilərək edam edilib".

İngilis "Deili Meil" qəzetinin xəbərinə görə, ABŞ-lı jurnalist Ceyms Foleyin İŞİD tərəfindən Raqqa şəhərində edam edilməsindən bir gün sonra öldürüldüyü bildirilən Almaghribinin keçmişdə Foley və digər qərbli girovların saxlanıldığı bir həbsxananın təhlükəsizlik şefliyini etdiyi də iddia edilib.

İngiltərə Xarici İşlər Nazirliyi Fas və İordaniya mediasında geniş şəkildə dərc edilən iddialarla əlaqədar açıqlama verməyib. Təhlükəsizlik xidmətlərindən "Deili Meil"ə verilən açıqlamada isə belə deyilib: "Terror təşkilatları öz aralarından kimisə götürmək istəyəndə hansısa xarici agentliyə işləyir iddialarından tez-tez istifadə edirlər".

AzNews.az