Bakıda tikilən ən hündür məsciddən- Son görüntülər

Bakının Binəqədi rayonu ərazisində tikilən məscid kompleksində iş sürətlə davam etdirilir.


AzNews.az Lent.az-a istinadən xəbər verir ki, 9-cu mikrorayonda, Həmzə Babaşov küçəsində inşa olunan məscidin minarələrində son tamamlama işləri həyata keçirilir. Həmçinin ətraf ərazilərin abadlaşdırılmasına və daxili tərtibatın hazırlanmasına başlanılıb. Məscidin gələn il ərzində istifadəyə verilməsi gözlənilr.

Qeyd edək ki, bu məscid kompleksinin tikintisi üçün prezidentin ehtiyat fondundan ilkin olaraq 10 milyon manat vəsait ayrılıb.

Yeni məscid kompleksi eyni vaxtda 2000-dən çox adama xidmət edəcək. Birmərtəbəli tikilinin əsas binasının hündürlüyü 40 metr, minarələrinin hündürlüyü isə 60 metr olacaq. Dörd minarəli ibadət evinin ölkədə ən hündür məscid statusu alacağı bildirilir.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan digər salon isə təqribən 350 kvadratmetr olacaq. Tikilinin zirzəmisi həm də avtomobil dayanacağı kimi istifadə ediləcək.

Məscidin bir ilə təhvil veriləcəyi gözlənir.

AzNews.az
image description image description image description image description