- Köhnə - Dünya
- 31 Avqust 2014 20:15
- 3 017
Həbsxanaya basqın- 13 ölü
Axar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, rəsmilərin verdiyi məlumata görə, hadisədə 8 terrorçu, 3 əsgər, 2 nəfər də mülki vətəndaş həlak olub.
Məlumatda atışma zamanı yaralananların da olduğu da qeyd olunub.
Somali Daxili İşlər və Təhlükəsizlik Nazirliyinin sözçüsü Məhəmməd Yusuf terrorçuların həbsxanaya çatmadan öldürüldüklərini deyib.
Xatırladaq ki, anarxiyanın hökm sürdüyü Somalidə təhlükəsizlik qüvvələri ilə Əş-Şəbab terror təşkilatı yaraqlıları arasında tez-tez belə qarşıdurmalar yaşanır.
AzNews.az