“Mən başıma “buzlu su” tökə bilmərəm və buna əhəmiyyətsiz bir aksiya kimi baxıram”. “Mən başıma “buzlu su” tökə bilmərəm və buna əhəmiyyətsiz bir aksiya kimi baxıram”.

“Başıma “buzlu su” tökə bilmərəm”- Hadı Rəcəbli

“Mən başıma “buzlu su” tökə bilmərəm və buna əhəmiyyətsiz bir aksiya kimi baxıram”.

Bunu AzNews.az-a Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib. Onun sözlərinə görə, mən xeyirxah əməl üçün insanları daha effektli aksiyaların təşkilinə çağırmaq olar: "Vallah mənim başıma belə bir şey girmir. Dünya buna gedirsə, yəqin ki, bunda nəsə fayda görür və bunun texnologiyasını müəyyənləşdirilib. İnsanlar başlarına buzlu su tökməklə hansısa xeyirxah iş gördüyünə inanırsa, bax mən buna inanmıram və bu cür aksiyalar mənə çatmır".

Hadı Rəcəbli deyib ki, ölkədə keçirilən xeyriyyə aksiyaları da milli adət-ənənəyə uyğun olmalıdır: "Hər il Azərbaycanda ağcaların kəsilməsinin qarşısının alınması, insanlara düçar olan müxtəlif xəstəliklər, heyvan ölümlərinin qarşının alınması üçün aksiyalar təşkil edilir. Bu cür aksiyalar ölkə mentalitetinə uyğun olaraq baş tutur və gözəl nəticədə verir. Yoxsa başıma bir vedrə buzlu su töküb, hər hansısa insana yardımçı olmağıma inanmıram və belə üsullar mənə çatmır. Fikrimcə, bu mənə xəstəlikdən başqa heç nə verməz. Ona görə də, biz Azərbaycan vətəndaşları, xüsusilə gənclərimiz daha yaxşı, ölkəmizə xeyr verə biləcək şeylərdən yararlanmalıyıq. Ola bilər ki, buzlu su kimi aksiyaların təşkili 20-30 ildən sonra bizdə də qəbul olunacaq. Amma hazırda bu kütləvi şəkildə inanmıram ki, qəbul edilsin".

Xatırladaq ki, "buzlu su" aksiyasının keçirilməsində məqsəd ASL xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir. Amiotrofik Lateral Skleroz (ALS) və ya Şarko xəstəliyi sinir sisteminin sağalmaz xəstəliyidir. Artıq ölkəmizdə də xeyli insan bu aksiyaya qoşulub.

Amid
AzNews.az