Daxili İşlər Nazirliyinin (DİN) ölüm hadisəsi ilə bağlı açıqlaması Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən təkzib olunub. Daxili İşlər Nazirliyinin (DİN) ölüm hadisəsi ilə bağlı açıqlaması Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən təkzib olunub.

Xəstəxana DİN-i təkzib etdi

Daxili İşlər Nazirliyinin (DİN) ölüm hadisəsi ilə bağlı açıqlaması Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən təkzib olunub.

Bir qədər əvvəl DİN Bakı şəhər sakini Bəxtiyar Talıbov Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasının həyətində yıxılaraq ölməsi ilə bağlı rəsmi məlumat yayıb.
Hadisə ilə bağlı AzNews.az Xəstəxananın baş həkimi Kabus Dadaşovla əlaqə saxlayıb.

Baş həkim bildirib ki, avqustun 30-dan 31-nə keçən gecə xəstəxanada dünyasını dəyişən Talıbov Bəxtiyar klinikanın həyətində deyil, kənarında yıxılaraq ağır kəllə beyin travması alıb:
"Mərhum xəstəxananın yaxınlığında yaşayırmış və xroniki alkoqolik olub. Bəxtiyar Talıbov avqustun 21-də xəstəxanadan kənarda - travma alıb və bununla bağlı klinikaya yerləşdirilib. Həmin gün də o cərrahi əməliyyat edilib. Amma avqustun 30-da 31-nə keçən gecə vəziyyəti anidən ağırlaşıb və həkimlər mərhumun həyatını xilas edə bilməyiblər".

Amid
AzNews.az