Son vaxtlar, xüsusən də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik Son vaxtlar, xüsusən də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik

Azərbaycanda hansı saytlar dezinformasiya yayır? – Sorğu

Son vaxtlar, xüsusən də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginlik

bəzi media vasitələrinin xəbər və xəbərçiliyə bixəbər yanaşmasını nümayiş etdirdi.


Həmin günlərdə bəzi mətbuat orqanlarının dezinformasiyalar yaymasının ciddi narahatlıq, çaşqınlıq yaratması heç kimə sirr deyil. Bu xəbərlərin - cəbhədə baş verənlərlə bağlı həqiqətə uyğun olmayan, bəzi hallarda hətta Azərbaycan dövlətinin əleyhinə işləyən məlumatların ölkə sərhədini aşması bu narahatlığı bir qədər də artırdı. Çünki bu media qurumları hərbi sirləri daxili senzura etmədən, yayınlamaqdan belə çəkinmədilər.

İş o yerə çatdı ki, dövlətin yüksək ranqından mövcud vəziyyətə reaksiya reaksiya verildi. Bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə ölkə mediasının aparıcı qurumlarının rəhbərlərinin də iştirak etdiyi geniş iclas keçirildi. Burada baş verən pozuntular və media orqanlarının cəbhə-ordu ilə bağlı xəbərlərdə nəzərə alınmalı qırmızı xətt diqqətə çatdırıldı.

Bəs bu informasiyaları kimlər yayır? Oxucu onu aldadan mətbuat orqanını tanıyırmı?

Suallara oxucuların cavabını almaq üçün AzNews.az bu gündən sorğuya başlayır. Oxucularımız bir ay müddətində onlara təqdim olunmuş saytlar arasında dezinformasiya yayan saytı seçəcəklər. Əlbəttə bununla o fikirdə deyilik ki, yalnız bir sayt həqiqətə uyğun olmayan informasiyalar yayır. Amma oxucunun bir neçə variantı olsa, onları növbəti günlərdə seçə bilər. Çünki hər bir istifadəçinin gün ərzində yalnız bir dəfə səs vermək imkanı olacaq.

Oxucular aşağıdakı saytlar arasında seçim edəcəklər:

1news.az
Aktual.az
Axar.az
Azerfax.az
Aznews.az
Azvizion.az
Azadlıq.az
Bizimyol.info
Day.az
Gun.az
Haqqin.az
İnterpress.az
Lent.az
Mediforum.az
Milli.az
Modern.az
Moderator.az
Musavat.com
Ölkə.az
Publika.az
Qafqazinfo.az
Teleqraf.com
Vesti.az
Virtualaz.org