Türkiyənin yeni seçilən baş naziri Əhməd Davudoğlunun ilk xarici səfərlərini açıqlayıb. Türkiyənin yeni seçilən baş naziri Əhməd Davudoğlunun ilk xarici səfərlərini açıqlayıb.

Ərdoğandan sonra Davudoğlu Bakıya gəlir

Türkiyənin yeni seçilən baş naziri Əhməd Davudoğlunun ilk xarici səfərlərini açıqlayıb.



AzNews.az-ın yerli mediaya istinadən verdiyi xəbərə görə, Ə. Davudoğlu ilk səfərlərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edəcək.

Məlumatda o da bildirilib ki, səfərlər sentyabrın 5-dən sonra reallaşa bilər. Çünki sentyabrın 5-də Ə. Davudoğlu Türkiyə Böyük Millət Məclisində yeni hökumətin proqramını parlamentə təqdim edəcək.

Bu səbəbdən də səfərlərin dəqiq tarixi açıqlanmayıb.
Xatırladaq ki, artıq Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixdə Azərbaycanda rəsmi səfərdə olacaq.


Məhəmməd
AzNews.az