Qarabağ qaziləri və jurnalist mükafatlandırılıb


Bu günlərdə Ankrada fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər Təşkilatının başçısı, Milli QHT Forumunun koordinatoru, Qarabağ qazisi Mübariz Quliyev və təşkilatın sədr müavini, qazi Zərəkiyyə Rəhimov, "BayMedia" saytının redaktoru, jurnalist Elnur Eltürkü mükafatlandırıb.

Mükafatı "EkoAvrasiya" dərgisinin idarə heyətinin üzvü,Türkiyənin tanınmış iş adamı Nuh Kıyaklı təqdim edib.

Tədbirdə çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyi sədr, "EkoAvrasiya" dərgisinin baş redaktoru Hikmet Eren hər üç şəxsin Azərbaycan və Türk dünyası üçün fəaliyyətlər göstərdiklərini qeyd edərək,onlara gələcək işlərində uğurlar arzulayıb.

Milli QHT Forumu İdarə Heyətinin üzvü, şair-publisist Əkbər Qoşalı da eyni arzu və istəklərini bölüşərək, bu kimi təqdimatların gələcək fəaliyyətlərə stimul verdiyini önə çəkib.

Onu da qeyd edək ki, Avrasiya İqtisadi Əlaqələr Dərnəyi Türk dünyası birliyi istiqamətində önəmli layihələr həyata keçirir.

AzNews.az
image description image description