ATƏT Rusiyanın Ukraynada hərbi mövcudluğunu “sübut edə” bilmir

ATƏT-in baş katibi Lamberto Zanyer Ukrayna ərazisində Rusiya nizami ordu hissələrinin mövcud olduğunu sübut etməyin çətin olduğunu bildirib.

musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, baş katib deyib: "Şərqi Ukraynada həmişə ora hansısa səbəblərdən gələn, yaxud separatçıları müdafiə edən Rusiya vətəndaşları olub. Ora fərdi qaydada gələnlər haqda bizdə sübutlar var. Özümüz də onlarla görüşüb söhbət eləmişik. Ancaq bölgədə ayrı, Rusiya hərbi dəstələri də varmı... sübut eləmək çətindir".

Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Rusiyanı birbaşa hərbi təcavüzdə ittiham edən bəyanat verib. NATO, Avropa Birliyi də eyni mövqedədir. Rəsmi Moskva isə Ukraynadakı böhrana hərbi müdaxilə etmədiyini iddia edir.

AzNews.az