Türkiyə prezidenti Qüzey Kiprdə, baş nazir isə Ankarada önəmli açıqlamalar verdi

Prezident Ərdoğan Yunanıstanı Kıbrısda barışın təminatçısı olmağa çağırıb; Ankara kulislərində xarici siyasətin yaxın gələcəkdə dini diplomatiya ağırlıqlı olacağı danışılır; "Çözüm Sürəci" ilk dəfə hökumətin planına daxil edilib

Rəcəb Tayyib Ərdoğan Türkiyə prezidenti kimi ilk dəfə Qüzey Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə səfərə çıxıb. Lefkoşada Türkiyə prezidentini QKTC-nin (ŞKTC) prezidenti Derviş Eroğlu qarşılayıb.

"Hürriyət" qəzeti yazır ki, Ərdoğan Quzey Kıbrısa cümə günü Türkiyəyə gətirilən yeni prezident uçağı ilə gedib. Uçaq Türkiyə bayrağının qırmızı və bəyaz rənginə boyanıb. Ərdoğanı səfərdə həyat yoldaşı Əminə Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu müşayiət edib. Rəsmi qarşılanma mərasimindən sonra prezident Ərdoğan Kıbrıs azadlıq hərəkatının liderləri Rauf Denktaş və Fazıl Küçükün məzarlarını ziyarət edib.

Levkoşadakı çıxışında prezident Ərdoğan Türkiyənin hər zaman QKTC-yə dayaq olacağını bildirib, Kıbrısın rum kəsimini barışa çağırıb: "Ərdoğan onu Ercan hava limanında qarşılamağa gələn türklərə "ana ilə övladının görüşməsi hansı mənanı daşıyırsa, bizim burada buluşmamız da eyni mənaya gəlir", - deyib".



Prezident Ərdoğan Levkoşadakı çıxışında sentyabrın 2-də Azərbaycana səfər edəcəyini bir daha dilə gətirib.

Türkiyə mediası səfərin proqramına prezidentin QKTC-nin rəsmi şəxsləri ilə yanaşı müxalifət liderləri ilə görüşlərinin də daxil olduğunu yazır. Ərdoğan bildirib ki, yaxın aylarda QKTC-nin içməli su ehtiyacını ödəmək üçün Türkiyədən dənizin altı ilə çəkilən su kəmərində işlər tamamlanacaq. Bundan sonra isə Kıprısın enerji təchizatının yaxşılaşdırılması üçün tədbirlər görüləcək. Elektrik xətləri də dənizin altı ilə çəkiləcək.

Ərdoğan çıxışı zamanı Yunanıstana da səslənib: "Bölgədəki təhlükəsizlik üçün Türkiyə nə qədər təminat verirsə, Yunanıstan da bir o qədər məsuliyyətli davranmalı və təhlükəsizliyin qarantı rolunu geri plana atmamalıdır. "

Bu arada Ərdoğanın səfərinə etiraz edən bir qrup Levkoşanın mərkəzində çadır qurmağa cəhd edib. Polisin müdaxiləsi ilə etirazçı qələbəlik dağıdılıb. Etirazçılardan 2 nəfər həbs edilib.



Türkiyədə isə Nazirlər Kabineti baş nazir Əhməd Davudoğlunun sədrliyi ilə ilk toplantısını keçirib. Toplantıda baş nazirin müavinləri təyin edilib. Toplantının ən önəmli məqamı isə Türkiyə kürdlərinə yönəlik çözüm sürəci ilə bağlı olub. Türkiyə tarixində ilk dəfə hökumətin proqramında "Çözüm Sürəci" adlı bölüm yer alıb.

Toplantıdakı daha bir sürpriz isə buna qədər baş nazir yardımçılarına tabe olan Diyanət İşləri Başqanlığının baş nazirə tabe edilməsi qərarı olub. Ankara kulisləri baş nazirini bu addımını dini diplomatiya hücumu kimi dəyərləndirib.

Bir müddət öncə Türkiyənin Diyanət işləri başqanı Mehmet Görmez son zamanlar Orta Doğudakı məzhəb çatışmaları, Suriya və İraqda artan İŞİD təhlükəsi ilə bağlı açıqlamalar vermiş, Diyanet İşləri Başqanlığının rəhbərliyi ilə bölgənin dini liderlərinin Türkiyədə toplanaraq uzlaşma aramasının vacibliyini bildirmişdi. Bu gün Diyanət İşləri Başqanlığının baş nazirliyə tabe edilməsi Türkiyənin qısa zamanda dini diplomatiyaya ağırlıq verəcəyi haqqında fikirlərin yaranmasına meydan verib.

Toplantıda Davudoğlu çözüm sürəcinin yol xəritəsini də açıqlayıb: "Çözüm sürəci dörd ana xətt üzrə davam edəcək – terrorun bitməsi, silahsızlaşdırma, topluma reabilitasiya, demokratik siyasəti qatılmanın önünü açma. Çözüm sürəci bölünmənin deyil, birləşmənin, kişilmənin deyil, böyümənin, parçalanmanın deyil, bütünləşmənin, qalıcı bölgə gücü olmanın yeganə təməlidir".

Çözüm sürəci haqqında danışan Davudoğlu "kürd" kəlməsini işlətməyib. Baş nazir çıxışında Ələvilərə yönəlik açılımın da olacağının anonsunu verib. Baş nazir çıxışında ünlü "sıfır problem siyasəti" ifadəsini də işlətməyib.

Müsavat