Putin yeni qəhrəman təyin elədi

"Spokoynoy noçi, malışi" ("Gecəniz xeyirə, körpələr") verilişi üçün tapılan yeni qəhrəman oktyabrda efirə çıxacaq.

Axar.az RİA Novostiyə istinadən xəbər verir ki, yeni qəhrəman ideyası Rusiya prezidenti Vladimir Putindən gəlib. Uşaqlar üçün verilişlər hazırlayan "KLASS!" teleşirkətinin direktorlar şurasının sədri və verilişin prodüseri Aleksandr Mitroşenkov bildirib: "Biz çoxdan yeni kukla personaj axtarırdıq, bir çox variantı nəzərdən keçirmişdirk, ancaq düzünü deyəcəm, yeni qəhrəman ideyası prezidentimizdən gəlib. Əvvəlcə o, çox gözlənilməz oldu, sonra biz diqqətlə baxdıq və anladıq ki, hədəf düz seçilib".

Mitroşenkov həmçinin bildirib ki, əgər bütün prsonajlar kuklalardırsa, yeni obraz 3D - supermüasir kompüter qəhrəmanı olacaq. Bu, animasiya, kukla personajları və aparıcının bir kadrda olduğu nadir proqram olacaq.

Mitroşenko qeyd edib ki, iki həftədən sonra yeni qəhrəmanın kimliyini hamı biləcək, çoxları bu əhvalatla prezidentin nə kimi münasibəti olduğunu anlayacaq.

Xatırladaq ki, "Spokoynoy noçi, malışi" televiziya verilişi efirə ilk dəfə 50 il əvvəl, 1964-cü il, sentyabrın 1-də çıxıb.

AzNews.az