Toyda bəyi öldürdülər

Türkiyədə qız toyunda təzə bəyə dəhşət yaşatdılar.

ANS PRESS-in məlumatına görə, Баhçelievlər qəsəbəsində nigah mərasimindən qayıdıb toy üçün qurulan mağaraya tərəf irıliləyən bəyi müşayiət edən maşın karvanının qabağı kəsilir. Bəydən bəxşiş alan şəxslər ikinci dəfə yolu kəsərək yenidən bəxşiş istəyir və əks təqdirdə yolu açmaqdan imtina edirlər. Bu zaman tərəflər arasında yaşanan mübahisəyə bəy də müdaxilə edir. Yolu kəsən maşınının pəncərəsindən içəri boylanan bəy sürücünün maşını sürətlə sürəcəyinin fərqində olmayıb. Maşının şüşəsindən asılı qalan bəy 200 metr süründürülür.

Ağır xəsarətlər alan bəy xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Eziz Baş adlı şəxsin meyiti məmləkəti Kastamonuya aparılıb.

Hadisə ilə bağlı polis araşdırmalara başlayıb.

AzNews.az