Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olması üçün adı Əhməd Davudoğlu ilə yanaşı çəkilən Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olması üçün adı Əhməd Davudoğlu ilə yanaşı çəkilən

Ərdoğan ən yaxın dostunu müşavir təyin etdi -FOTO

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir olması üçün adı Əhməd Davudoğlu ilə yanaşı çəkilən

Binali Yıldırıma müşavir vəzifəsi verib. Anspress-in xəbərinə görə, illərdir Ərdoğan hökumətində nəqliyyat naziri olan Yıldırım bələdiyyə seçkisində İzmir şəhərindən namizəd olduğu üçün nazir vəzifəsindən istefa vermişdi.

Məlumata görə, millət vəkili olduğundan təyinatı rəsmən həyata keçirilməyən Binali Yıldırım 2015-ci il parlament seçkisinə qədər qeyri-rəsmi prezidentin xüsusi müşaviri vəzifəsini icra edəcək.

Qeyd edək ki, Ərdoğanın ən etibarlı adamlarından olan Binali Yıldırım 1994-cü ildən bəri Ərdoğanın rəhbərliyindəki müxtəlif dövlət strukturlarında yüksək vəzifələrdə çalışıb.



AzNews.az