Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb. Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Həbsdə olan əri üçün cinayətə əl atdı - FOTO

Şəki Penitensiar müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

AzNews.az Ədliyyə Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəki Penitensiar müəssisəsində saxlanılan, şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gələn həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini vətəndaş Nərminə Şaban qızı Uğruyeva həbxanaya telefon keçirməyə cəhd edib.

N.Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş daxilində "Sim" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aşkar edilərək götürülüb.

İ.Uğruyev Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.



AzNews.az