Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu

Yadigar Sadıqovun açıqlamasına Qubad İbadoğludan reaksiya gəldi

Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu

həbsdə olan partiya rəhbərinin müşaviri Yadigar Sadıqovun seçkidə Arif Hacılını dəstəkləməsi ilə bağlı açıqlamasına reaksiya verib.


AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu deyib ki, onun mövqeyi və atdığı addım Yadigar Sadıqovun hüququdur:
"Yadigar Sadıqlının seçiminə hörmətlə yanaşıram və onun tezliklə azadlğa qovuşmasını diləyirəm".

Q. İbadoğlu Y. Sadıqlını fikrindən daşındırmaq niyyətində olmadığını da qeyd edib: "İndiki halda onun seçiminə münasibətim normaldır".

Qeyd edək ki, Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqov partiyanın başqan seçkilərində Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.

Bahar Rüstəmli
AzNews.az